La Liqa: “Betis” “Leqanes”i 2 cavabsız qolla yendi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 5-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Betis” doğma meydanda “Leqanes”lə üz-üzə gəlib. Meydan sahibləri matçdan inamlı qələbə ilə ayrılıblar.

5-ci tura sentyabrın 16-da yekun vurulacaq.

İspaniya, La Liqa
5-ci tur
13 sentyabr

Betis – Leqanes 2:0
Qollar: Ezzalzuli, 74. Vitor Roke, 86.

14 sentyabr

16:00. Malyorka – Vilyarreal
18:15. Espanyol – Alaves
20:30. Sevilya – Xetafe
23:00. Real Sosyedad – Real

15 sentyabr

16:00. Selta – Valyadolid
18:15. Jirona – Barselona
20:30. Las Palmas – Atletik
23:00. Atletiko – Valensiya

16 sentyabr

23:00. Rayo Valyekano – Osasuna

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: