Futbol üzrə İspaniya çempionatında (La Liqa) 21-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, dördüncü oyun günündə daha bir qarşılaşma baş tutub.
Günün yeganə matçı “Espanyol”la “Real Sosyedad” arasında baş tutub. Beş qolun qeydə alındığı bu oyunda qonaqlar çətin qələbəyə seviniblər.
Tura fevralın 15-də keçiriləcək “Real” – “Elçe” matçı ilə yekun vurulacaq.
İspaniya La Liqası
21-ci tur
10 fevral
Kadis – Jirona 2:0
Qol: Eskalante, 6. Qvardiola, 34.
11 fevral
Almeriya – Betis 2:3
Qol: L.Suares, 27. S.Kosta, 62 – Rodri, 6. Kanales, 42. Quardado, 70.
Sevilya – Malyorka 2:0
Qol: En Nesiri, 28. Xil, 40.
Valensiya – Atletik (Bilbao) 1:2
Qol: Kastilyexo, 17 – N.Uilyams, 30. Sanset, 72.
12 fevral
Xetafe – Rayo Valyekano 1:1
Qol: E.Ünal, 77 – Arambarri, 38-öz qapısına.
Selta – Atletiko (Madrid) 0:1
Qol: Depay, 89.
Valyadolid – Osasuna 0:0
Vilyarreal – Barselona 0:1
Qol: Pedri, 18.
13 fevral
Espanyol – Real Sosyedad 2:3
Qol: Darder, 74. Olivan, 87 – Kubo, 23. Sörlot, 51. Kabrera, 63-öz qapısına.
15 fevral
15:00. Real – Elçe