La Liqa: “Jirona” “Atletik”ə də uduzdu – Video

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 25-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Atletik” doğma meydanda mövsümün sürpriz komandası “Jirona”nı qəbul edib. Son iki turda qələbəyə həsrət qalmış “Jirona” bu dəfə də istəyinə çata bilməyib. Beş qolun qeydə alındığı matç meydan sahibinin – Bilbao təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Beləliklə, 25 turdan sonra 62 xala malik Madrid “Real”ı vahid liderdir. “Jirona” 56 xalla 2-ci, “Barselona” 54 xalla 3-cü, Madrid “Atletiko”su 51 xalla 4-cü, “Atletik” 49 xalla 5-cidir.

“Real Sosyedad” 40, “Betis” 39, “Valensiya” 36, “Las Palmas” 35, “Xetafe” 34 xal toplayıb.

İspaniya, La Liqa
25-ci tur
16 fevral

Vilyarreal – Xetafe 1:1
Qollar: Moreno, 56 – Maksimoviç, 24.

17 fevral

Atletiko – Las Palmas 5:0
Qollar: Lyorente, 15; 20. Korrea, 47; 62. Depay, 87.

Osasuna – Kadis 2:0
Qollar: Budimir, 63; 90+1.

Selta – Barselona 1:2
Qollar: Aspas, 47 – Levandovski, 45; 90+7-pen.

Valensiya – Sevilya 0:0

18 fevral

Rayo Valyekano – Real 1:1
Qollar: De Tomas, 27-pen – Xoselu, 3.

Qranada – Almeriya 1:1
Qollar: Uzuni, 75 – Pubill, 9.

Malyorka – Real Sosyedad 1:2
Qollar: Sançes, 4 – Kubo, 38. Merino, 90+3.

Betis – Alaves 0:0

19 fevral

Atletik – Jirona 3:2
Qollar: Berencer, 2; 56. İ.Uilyams, 60 – Siqankov, 49. E.Qarsiya, 75.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: