La Liqa: “Jirona” səfərdə, “Atletiko” evdə qələbə qazandı

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 22-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.

“Kadis” – “Atletik” matçında qapılara qol vurulmayıb. İki qolun qeydə alındığı “Sevilya” – “Osasuna” matçında da qalib müəyyənləşməyib.

“Selta”nın qonağı olan “Jirona” turu çətin qələbə ilə başa vurub. Madrid “Atletiko”su da “Valensiya”nı məğlub yola salıb.

22-ci tura sabah keçiriləcək “Xetafe” – “Qranada” oyunu ilə yekun vurulacaq.

İspaniya, La Liqa
22-ci tur
26 yanvar

Almeriya – Alaves 0:3
Qollar: Omorodion, 10; 88. Rioxa, 52-pen.

27 yanvar

Real Sosyedad – Rayo Valyekano 0:0

Las Palmas – Real 1:2
Qollar: X.Munyos, 53 – Vinisius, 65. Tçuameni, 84.

Barselona – Vilyarreal 3:5
Qollar: İ.Gündoğan, 60. Pedri, 68. Beyli, 71-öz qapısına – Moreno, 41. Akomaç, 54. Qedeş, 84. Sörlot, 90+9. Morales, 90+12.

Malyorka – Betis 0:1
Qol: Altimira, 45+1.

28 yanvar

Selta – Jirona 0:1
Qol: Portu, 20.

Kadis – Atletik 0:0

Sevilya – Osasuna 1:1
Qollar: Romero, 24 – Budimir, 55.

Atletiko – Valensiya 2:0
Qollar: Lino, 45+4. Depay, 57.

29 yanvar

00:00. Xetafe – Qranada

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: