Futbol üzrə İspaniya çempionatında (La Liqa) 21-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Kadis” doğma meydanda “Jirona” ilə münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri bu oyundan inamlı qələbə ilə ayrılıbar.
Bu qələbədən sonra “Kadis” 22 xalla 15-ci pilləyə yükdəlib. “Jirona” isə 24 xalla 11-cidir.
Turun qalan qarşılaşmaları qarşıdakı günlərdə keçiriləcək.
İspaniya La Liqası
21-ci tur
10 fevral
Kadis – Jirona 2:0
Qol: Eskalante, 6. Qvardiola, 34.
11 fevral
19:15. Almeriya – Betis
21:30. Sevilya – Malyorka
00:00. Valensiya – Atletik (Bilbao)
12 fevral
17:00. Xetafe – Rayo Valyekano
19:15. Selta – Atletiko (Madrid)
21:30. Valyadolid – Osasuna
00:00. Vilyarreal – Barselona
13 fevral
00:00. Espanyol – Real Sosyedad
15 fevral
15:00. Real – Elçe


