La Liqa: Madrid “Atletiko”su “Malyorka”ya da uduzdu

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 14-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Sevilya” – “Real Sosyedad” matçında qonaqlar qələbə qazanıblar. “Espanyol” da “Vilyarreal”la ev oyunundan məğlub ayrılıb. “Almeriya” – “Xetafe” matçında da meydan sahibləri 3 xalı tək qolla qazanıblar. Madrid “Atletiko”su isə səfərdə “Malyorka”ya məğlub olub. Bu, paytaxt təmsilçisinin son üç matçda ikinci məğlubiyyətidir.

Tura sabah keçiriləcək 3 oyunla yekun vurulacaq.

İspaniya La Liqası
14-cü tur
8 noyabr

Elçe – Jirona 1:2
Qol: Lirola, 16 – Martin, 39. Kastelyanos, 66.

Atletik – Valyadolid 3:0
Qol: Quruseta, 18; 51. Vivian, 78.

Osasuna – Barselona 1:2
Qol: D.Qarsiya, 6 – Pedri, 48. Rafinya, 85.

9 noyabr

Almeriya – Xetafe 1:0
Qol: Baptistao, 26.

Sevilya – Real Sosyedad 1:2
Qol: Mir, 44 – Sörlot, 20. B.Mendes, 36.

Espanyol – Vilyarreal 0:1
Qol: Lekomte, 64-öz qapısına.

Malyorka – Atletiko 1:0
Qol: Muriqi, 16.

10 noyabr

22:30. Rayo Valyekano – Selta
23:00. Valensiya – Betis
00:30. Real – Kadis