İspaniya La Liqası rəhbərliyi qış transfer pəncərəsi zamanı maliyyə feyr-pleyi qaydalarında La Liqa klublarına güzəşt etmək qərarına gəlib.
Arena.az bu barədə “Catalunya Radio”ya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, əvvəllər maaş həddini aşan İspaniya klubları öz klub büdcəsinin 50%-dən çoxunu istifadə edə bilməzdilər. İndi bu göstərici 60% təyin edilib. Üstəlik, La Liqa klubu ulduz futbolçu ilə müqavilə imzalasa, bu hədd 70%-ə yüksələcək.
Hazırda İspaniya La Liqasına 18 turdan sonra 45 xalla “Real” başçılıq edir. Eyni miqdarda xal toplamış “Jirona” top fərqi və şəxsi oyundakı göstəriciyə (0:3) əsasən, “Real”dan geridə, 2-ci pillədədir. “Atletiko” və “Barselona” 38 xalla müvafiq olaraq 3-cü və 4-cü yerləri bölüşürlər.


