La Liqa: “Real” evdə xal itirdi, “Vilyarreal” uduzdu

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 12-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Alaves” “Almeriya”nı, “Valensiya” isə “Qranada”nı minimal hesabla məğlub edib. “Vilyarreal” evdə “Atletik”lə oyundan məğlub ayrılıb. Madrid “Real”ı isə “Rayo Valyekano” ilə ev oyununda xal itirib.

12-ci tura sabah keçiriləcək “Xetafe” – “Kadis” oyunu ilə yekun vurulacaq.

İspaniya, La Liqa
12-ci tur
3 noyabr

Las Palmas – Atletiko (Madrid) 2:1
Qollar: K.Rodriqes, 51. B.Ramires, 75 – Morata, 83.

4 noyabr

Osasuna – Jirona 2:4
Qollar: Budimir, 25; 55 – Martin, 16. Dovbik, 71. Siqankov, 80. A.Qarsiya, 90.

Betis – Malyorka 2:0
Qollar: V.Xose, 7. A.Peres, 65.

Selta – Sevilya 1:1
Qollar: Starfelt, 22 – En Nesiri, 84.

Real Sosyedad – Barselona 0:1
Qol: Arauxo, 90+2.

5 noyabr

Alaves – Almeriya 1:0
Qol: Sedlar, 79.

Valensiya – Qranada 1:0
Qol: Pepelu, 45+7.

Vilyarreal – Atletik 2:3
Qollar: Moreno, 86. Sörlot, 87 – Qalarreta, 2. N.Uilyams, 22. İ.Uilyams, 30.

Real – Rayo Valyekano 0:0

6 noyabr

00:00. Xetafe – Kadis

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: