Futbol üzrə İspaniya çempionatında (La Liqa) 12-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha dörd qarşılaşma baş tutub.
Lider Madrid “Real”ı bu tur “Jirona” ilə qarşılaşıb və xal itkisi ilə üzləşib. “Osasuna” “Valyadolid”i, “Atletik” isə “Vilyarreal”ı məğlub yola salıb. “Real Sosyedad” isə “Betis”lə ev oyununda 2 cavabsız qola üzülüb.
12-ci tura sabah keçiriləcək bir oyunla yekun vurulacaq.
İspaniya La Liqası
12-ci tur
28 oktyabr
Malyorka – Espanyol 1:1
Qol: Muriqi, 48 – Lazo, 70.
29 oktyabr
Almeriya – Selta 3:1
Qol: Lazaro, 52. De La Hoz, 60. Equaras, 90+6 – Veyqa, 25.
Kadis – Atletiko 3:2
Qol: Bonqonda, 1. Fernandes, 81. Sobrino, 90+9 – J.Feliks, 85; 89.
Sevilya – Rayo Valyekano 0:1
Qol: A.Qarsiya, 61.
Valensiya – Barselona 0:1
Qol: Levandovski, 90+3.
30 oktyabr
Osasuna – Valyadolid 2:0
Qol: Avila, 13. M.Qomes, 19.
Real – Jirona 1:1
Qol: Vinisius, 70 – Stuani, 80-pen.
Atletik – Vilyarreal 1:0
Qol: İ.Uilyams, 59.
Real Sosyedad – Betis 0:2
Qol: X.Krus, 86. B.İqlesias, 90+3.
31 oktyabr
00:00. Elçe – Xetafe


