Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2022/2023 mövsümünün 31-ci turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
“Betis” – “Real Sosyedad” matçında qapılara qol vurulmayıb. “Kadis” isə doğma meydanda “Osasuna”ya məğlub olub.
Madrid “Real”ı isə səfərdə “Jirona” ilə qarşılaşıb. Bu mövsüm La Liqada işləri qaydasında getməyən pautaxt klubuna növbəti zərbə də “Jirona”dan gəldi. Madrid təmsilçisi altı qolun qeydə alındığı bu oyunda 2:4 hesabıyla uduzub.
“Kral klubu”na 4 qol vuran Valentin Kastelyanos isə tarixə düşüb. Argentinadan olan 24 yaşlı yarımmüdafiəçi 1947-ci ildən sonra La Liqa çərçivəsində “Real”la matçda pokerə imza atan ilk futbolçu olub. Maraqlısı da odur ki, Kastelyanos karyerasında buna qədər nəinki poker, heç het-trik də edə bilməmişdi.
Bütün turnirləri nəzərə aldıqda isə, Kastelyanosa qədər sonuncu dəfə “Real”la matçda Robert Levandovski poker etmişdi. O zaman (2013-cü ildə) Dortmund “Borussiya”sında oynayan polşalı Çempionlar Liqası matçında fərqlənmişdi. Bu hadisənin üstündən 10 il 2 gün keçdikdən sonra Kastelyanos bunu 21-ci əsrdə La Liqada bacaran ilk futbolçu oldu.
Ümumiyyətlə, yalnız 5 futbolçu İspaniya çempionatı çərçivəsində bir matçda “Real”a 4 qol vura bilib.
2023 – Kastelyanos (Jirona)
1947 – Eçavarriya (Ovyedo)
1942 – Emelin (Ovyedo)
1940 – Katalan (Espanyol)
1935 – Ventolra (Barselona)
İspaniya La Liqası
31-ci tur
25 aprel
Kadis – Osasuna 0:1
Qol: R.Qarsiya, 62.
Jirona – Real 4:2
Qol: Kastelyanos, 12; 24; 46; 62 – V.Junior, 34. Lukas, 85.
Betis – Real Sosyedad 0:0
26 aprel
21:30. Atletiko – Malyorka
21:30. Xetafe – Almeriya
00:00. Selta – Elçe
00:00. Rayo Valyekano – Barselona
27 aprel
21:30. Valensiya – Valyadolid
21:30. Vilyarreal – Espanyol
00:00. Atletik – Sevilya


