Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 26-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd görüş baş tutub.
Dörd qolun qeydə alındığı “Kadis” – “Selta” matçında qalib müəyyənləşməyib. “Las Palmas” – “Osasuna” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Səfərdə “Betis”lə qarşılaşan “Atletik” bu oyundan məğlubiyyətlə ayrılıb.
Lider “Real” isə “Sevilya” ilə ev oyununda 3 xalı tək qolla qazanıb.
Qeyd edək ki, 26-cı turun “Qranada” – “Valensiya” oyunu təxirə salınıb.
İspaniya, La Liqa
26-cı tur
23 fevral
Real Sosyedad – Vilyarreal 1:3
Qollar: Merino, 86 – Komesans, 17; 47. Sörlot, 90+5.
24 fevral
Barselona – Xetafe 4:0
Qollar: Rafinya, 20. J.Feliks, 53. De Yonq, 61. F.Lopes, 90+1.
Alaves – Malyorka 1:1
Qollar: Benavies, 76 – Nastasiç, 88.
Almeriya – Atletiko 2:2
Qollar: L.Romero, 27; 64 – Korrea, 2. De Paul, 57.
25 fevral
Kadis – Selta 2:2
Qollar: Xuanmi, 66. Maçis, 90+10 – Aspas, 11. Svedberq, 58.
Betis – Atletik 3:1
Qollar: Avila, 13. Berçiçe, 38-öz qapısına. Xonni, 67 – Quruseta, 45+7.
Las Palmas – Osasuna 1:1
Qollar: K.Rodriqes, 52 – U.Qarsiya, 49.
Real – Sevilya 1:0
Qol: Modriç, 81.
26 fevral
00:00. Jirona – Rayo Valyekano


