La Liqa: “Real Sosyedad” evdə xal itirdi, “Xetafe” uduzdu

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 19-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Real Sosyedad” – “Alaves” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Xetafe” doğma meydanda “Rayo Valyekano”ya 2 cavabsız qolla uduzub.

“Valensiya” isə evdə “Vilyarreal” üzərində inamlı qələbəyə sevinib.

19-cu turun qalan qarşılaşmaları qarşıdakı günlərdə keçiriləcək.

İspaniya, La Liqa
19-cu tur
2 yanvar

Xetafe – Rayo Valyekano 0:2
Qollar: Kamelyo, 45+1; 47.

Real Sosyedad – Alaves 1:1
Qollar: Zubimendi, 90+6 – Rioxa, 76-pen.

Valensiya – Vilyarreal 3:1
Qollar: Yaremçuk, 4. Pepelu, 27-pen; 57-pen – Moreno, 73.

3 yanvar

20:00. Qranada – Kadis
22:15. Selta – Betis
22:15. Real – Malyorka
00:30. Jirona – Atletiko

4 yanvar

20:00. Osasuna – Almeriya
22:15. Sevilya – Atletik
00:30. Las Palmas – Barselona

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: