Futbol üzrə İspaniya çempionatında (La Liqa) 17-ci turdan təxirə salınmış daha bir oyun keçirilib. Arena.az xəbər verir ki, günün yeganə matçında lider “Barselona”nın əsas izləyicisi və əzəli rəqibi olan Madrid “Real”ı doğma meydanda “Valensiya” ilə qarşılaşıb.
Qarşılaşma Madrid təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb. Bu qələbə sayəsində xalını 45-ə çatdıran “Real” lider “Barselona”dan 5 xal geri qalır. “Valensiya” isə 20 xalla 14-cü pillədə qərarlaşıb.
İspaniya La Liqası
17-ci turun oyunu
2 fevral
Real – Valensiya 2:0
Qol: Asensio, 52. V.Junior, 54.


