La Liqa: “Real” Valensiyada xal itirdi, “Sevilya” sevindi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 27-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Rayo Valyekano” – “Kadis” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Altı qolluq “Xetafe” – “Las Palmas” matçında da qalib müəyyənləşməyib.

Səfərdə “Valensiya” ilə qarşılaşan “Real” bu oyundan xal itkisi ilə ayrılıb.

Günün yeganə qələbəsi “Sevilya”ya qismət olub. Sözügedən komanda evdə “Real Sosyedad”ı çətinliklə məğlub edib.

27-ci turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.

İspaniya, La Liqa
27-ci tur
1 mart

Selta – Almeriya 1:0
Qol: Minqesa, 73.

2 mart

Sevilya – Real Sosyedad 3:2
Qollar: En Nesiri, 11; 13. Ramos, 65 – A.Silva, 45-pen. B.Mendes, 90+2.

Rayo Valyekano – Kadis 1:1
Qollar: Lejen, 88 – X.Ernandes, 90+12.

Xetafe – Las Palmas 3:3
Qollar: Mata, 11. Qrinvud, 14. Maksimoviç, 45 – S.Ramires, 35. Kardona, 50. El Haddadi, 57.

Valensiya – Real 2:2
Qollar: Duro, 27. Yaremçuk, 30 – V.Junior, 45+5; 76.

3 mart

17:00. Vilyarreal – Qranada
19:15. Atletiko – Betis
21:30. Malyorka – Jirona
00:00. Atletik – Barselona

4 mart

00:00. Osasuna – Alaves