La Liqa: “Selta” “Almeriya”nı xalsız yola saldı

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 27-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Selta” doğma meydanda “Almeriya” ilə qarşılaşıb. Meydan sahibləri bu oyunda tək qolla 3 xal qazanıblar.

27-ci turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.

İspaniya, La Liqa
27-ci tur
1 mart

Selta – Almeriya 1:0
Qol: Minqesa, 73.

2 mart

17:00. Sevilya – Real Sosyedad
19:15. Rayo Valyekano – Kadis
21:30. Xetafe – Las Palmas
00:00. Valensiya – Real

3 mart

17:00. Vilyarreal – Qranada
19:15. Atletiko – Betis
21:30. Malyorka – Jirona
00:00. Atletik – Barselona

4 mart

00:00. Osasuna – Alaves

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: