La Liqa: “Selta” və “Kadis”dən heç-heçə

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 15-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Selta” “Kadis”i qəbu edib. Tərəflər bu oyundan hərəyə 1 qol və xalla ayrılıblar.

Beləliklə, 15 turdan sonra 38 xala malik “Real” və “Jirona” komandaları çempionata şərikli liderlik edirlər. “Barselona” 34 xalla üçüncü pillədə qərarlaşıb. Madrid “Atletiko”sunun 31, “Atletik”in 28, “Real Sosyedad”ın 26, “Betis”in 25, “Las Palmas”ın 21, “Valensiya”, “Xetafe” və “Ray Valyekano”nun 19, “Vilyarreal” və “Alaves”in 16, “Osasuna”nın 15, “Sevilya”nın 13, “Kadis”in 12, “Malyorka”nın 11, “Selta”nın 9, “Qranada”nın 7, “Almeriya”nın isə 4 xalı var.

İspaniya, La Liqa
15-ci tur
1 dekabr

Las Palmas – Xetafe 2:0
Qollar: Arauxo, 43. Herrera, 90+2.

2 dekabr

Jirona – Valensiya 2:1
Qollar: Stuani, 82; 88 – Duro, 56.

Atletik – Rayo Valyekano 4:0
Qollar: Quruseta, 23. Espino, 47-öz qapısına. İ.Uilyams, 64. N.Uilyams, 68.

Real – Qranada 2:0
Qollar: B.Dias, 26. Rodriqo, 57.

Osasuna – Real Sosyedad 1:1
Qollar: M.Qomes, 2 – U.Sadiq, 41.

3 dekabr

Malyorka – Alaves 0:0

Almeriya – Betis 0:0

Sevilya – Vilyarreal 1:1
Qollar: Salas, 75 – Morales, 77.

Barselona – Atletiko 1:0
Qol: J.Feliks, 28.

4 dekabr

Selta – Kadis 1:1
Qollar: Larsen, 57 – Ramos, 6.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: