La Liqa: “Sevilya” evdə “Alaves”ə də məğlub oldu

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 20-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Sevilya” doğma meydanda “Alaves”lə münasibətlərinə aydınlıq gətirib. Uğursuz mövsüm keçirən Əndəlus təmsilçisi məhsuldar alınan bu oyundan məğlubiyyətlə ayrılıb.

20-ci turun qalan qarşılaşmaları qarşıdakı günlərdə keçiriləcək. Bu turun “Barselona” – “Osasuna”, “Atletiko” – “Rayo Valyekano” və “Xetafe” – “Real” görüşləri isə bu klubların əksərinin İspaniya Super Kubokundakı iştirakı ilə əlaqədar yanvarın sonu – fevralın əvvəli baş tutacaq.

İspaniya, La Liqa
20-ci tur
12 yanvar

Sevilya – Alaves 2:3
Qollar: Mir, 70. Okampos, 82-pen – Tenalya, 26. K.Qarsiya, 40. Duarte, 90.

13 yanvar

17:00. Las Palmas – Vilyarreal
19:15. Malyorka – Selta
21:30. Atletik – Real Sosyedad
00:00. Betis – Qranada

14 yanvar

17:00. Almeriya – Jirona
19:15. Kadis – Valensiya

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: