La Liqa: “Vilyarreal” dramatik qələbə ilə zirvədə

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 3-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Vilyarreal” doğma meydanda “Selta” ilə üz-üzə gəlib. Yeddi qolluq bu qarşılaşmada qalib əlavə vaxtda müəyyənləşib. Əvvəlki iki oyunundan maksimum nəticə ilə ayrılmış “Selta” bu mövsüm ilk dəfə xal itirib. 90+10-cu dəqiqədə qələbə qoluna imza atan “Vilyarreal” xalını 7-yə çatdıraraq birinci pilləyə yüksəlib. Seltalılar isə ikinci sıraya düşüblər.

Bu turun “Betis” – “Xetafe” matçı təxirə salınıb. Turun qalan qarşılaşmaları isə 27-29 avqust aralığında keçiriləcək.

İspaniya, La Liqa
3-cü tur
26 avqust

Vilyarreal – Selta 4:3
Qollar: Kardona, 26. Barri, 60. Jaylson, 64-öz qapısına. Parexo, 90+10 – B.İqlesias, 12. Minqesa, 31. Starfelt, 80.

27 avqust

21:00. Malyorka – Sevilya
23:30. Rayo Valyekano – Barselona

28 avqust

21:00. Atletik – Valensiya
21:00. Valyadolid – Leqanes
23:30. Atletiko – Espanyol
23:30. Real Sosyedad – Alaves

29 avqust

21:00. Jirona – Osasuna
23:30. Las Palmas – Real

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: