Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 20-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
“Las Palmas” “Vilyarreal”ı doğma meydanda böyük hesabla məğlub edib. “Atletik” “Real Sosyedad”ı, “Betis” də “Qranada”nı məğlub yola salıb.
“Malyorka” – “Selta” matçında isə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
20-ci turun qalan qarşılaşmaları sabah keçiriləcək. Bu turun “Barselona” – “Osasuna”, “Atletiko” – “Rayo Valyekano” və “Xetafe” – “Real” görüşləri isə bu klubların əksərinin İspaniya Super Kubokundakı iştirakı ilə əlaqədar yanvarın sonu – fevralın əvvəli baş tutacaq.
İspaniya, La Liqa
20-ci tur
12 yanvar
Sevilya – Alaves 2:3
Qollar: Mir, 70. Okampos, 82-pen – Tenalya, 26. K.Qarsiya, 40. Duarte, 90.
13 yanvar
Las Palmas – Vilyarreal 3:0
Qollar: K.Rodriqes, 8; 63. Hersoq, 51.
Malyorka – Selta 1:1
Qol: Larin, 43 – Aspas, 10.
Atletik – Real Sosyedad 2:1
Qollar: Berenqur, 30; 42 – Oyarzabal, 88.
Betis – Qranada 1:0
Qol: İsko, 76.
14 yanvar
17:00. Almeriya – Jirona
19:15. Kadis – Valensiya


