La Liqa: “Vilyarreal”la “Xetafe”dən hərəyə 1 qol və 1 xal

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 25-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Vilyarreal” və “Xetafe” komandaları üz-üzə gəliblər. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

25-ci turun qalan görüşləri qarşıdakı günlərdə baş tutacaq.

İspaniya, La Liqa
25-ci tur
16 fevral

Vilyarreal – Xetafe 1:1
Qollar: Moreno, 56 – Maksimoviç, 24.

17 fevral

17:00. Atletiko – Las Palmas
19:15. Osasuna – Kadis
21:30. Selta – Barselona
00:00. Valensiya – Sevilya

18 fevral

17:00. Rayo Valyekano – Real
19:15. Qranada – Almeriya
21:30. Malyorka – Real Sosyedad
00:00. Betis – Alaves

19 fevral

00:00. Atletik – Jirona

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: