La Liqanın 86 oyunçusunun müqaviləsi cari ilin yayında başa çatacağından, onlar digər klublarla gələcəyi haqda müzakirə apara biləcəklər.
Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, müqaviləsi cari ilin yayında başa çatacaq futbolçulardan ən çoxu “Atletik”in heyətindədir – 9 futbolçu (Munyain, Ander Errera, Raul Qarsiya, Quruzeta, Berenger, Yuri Berçiçe, De Markos, Nolaskoayn, Dani Qarsiya).
Ardınca “Vilyarreal” gəlir – 8 futbolçu (Pepe Reyna, Albiol, Alberto Moreno, Adriya Altimira, Koklen, Kapue, Parexo, Morales).
“Atletiko” 7 futbolçusunun “işinə baxmalı” olacaq (Koke, Ermoso, Vitsel, Saviç, Aspilikueta, Qrbiç və Vitolo).
“Real Sosyedad” yeganə klubdur ki, müqaviləsi cari ilin iyununda başa çatacaq futbolçusu yoxdur.
Hazırda, La Liqanın 18 turdan sonra “Real” 45 xalla turnir cədvəlinin lideridir. “Jirona” eyni miqdarda xalla 2-ci pillədə yer alıb, Kataloniya təmsilçisi “Kral Klubu”na həm top fərqi, həm də şəxsi oyundakı nəticəyə (0:3) görə uduzur. İlk üçlüyü 38 xalla “Atletiko” qapayır. “Barselona” da 38 xal toplayıb, amma mövsümün ilk yarısını 4-cü pillədə tamamlayıb.


