İtaliyanın “Atalanta” klubunun hücumçusu Sem Lammers bundan sonra Şotlandiyanın “Reyncers” komandasında çıxış edəcək.
Arena.az xəbər verir ki, 26 yaşlı futbolçunun transferi artıq hər iki klub tərəfindən rəsmən açıqlanıb.
“Reyncers” bu transfer üçün “Atalanta”ya 3,5 milyon avro ödəyib. Niderlanddan olan forvardla 4 illik (2027-ci ilin 30 iyununa kimi) müqavilə imzalanıb.
Sem Lammers Niderlandın PSV klubunun yetirməsidir. O, ölkəsində “Herenven”in də uğurları üçün çalışıb. 2020-ci ildən İtaliyada çıxış edən hücumçu burada “Atalanta”dan başqa icarə əsasında “Empoli” və “Sampdoriya”nın da formasını geyinib. O, 2021/2022 mövsümündə Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunda da icarədə olub. Lammers “Atalanta”da cəmi 19 oyun keçirib və 2 qola imza atıb.

“Atalanta” 2022-ci ilin yayında Serbiyanın “Partizan” klubundan icarəyə götürdüyü Vanya Vlahoviçin də transfer hüquqlarını aldığını açıqlayıb. Transferin və 19 yaşlı hücumçu ilə müqavilənin detalları açıqlanmır.


