Lennart Qrill Bundesliqada klubunu dəyişdi

Almaniyanın U-21 milli komandasının sabiq üzvü Lennart Qrill Bundesliqada klubunu dəyişib. Arena.az xəbər verir ki, o, bundan sonra “Union Berlin” klubunun uğurları üçün çalışacaq.

Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. “Union Berlin” 23 yaşlı qolkiperi “Bayer”dən icarəyə götürüb. O, 2022/23 mövsümünün sonuna kimi bu komandada çıxış edəcək.

Lennart Qrill “Kayzerslautern” klubunun yetirməsidir. Peşəkar karyerasına da məhz bu komandada başlamış almaniyalı qolkiper, 2020-ci ildə “Bayer”ə transfer olunub. Lakin o, Leverkuzen klubunda əsas heyət üzvünə çevrilə bilməyib. Bu üzdən futbolçu ötən mövsümü icarə əsasında Norveçin “Brann” klubunda keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: