“Lester Siti” Harvi Barns ilə yeni müqavilə bağladı

İngiltərənin “Lester Siti” klubu yarımmüdafiəçisi Harvi Barns ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

23 yaşlı futbolçu ilə yeni müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Harvi Barns “Lester Siti”nin öz yetirməsidir. O, 9 yaşından bu klubun sıralarındadır. Peşəkar karyerasına 2016-cı ildən başlamış ingilis yarımmüdafiəçi, “Milton Kins Dons”, “Barnsli” və “Vest Bromviç” kimi klublarda icarədə də oynayıb. Ötən ildən İngiltərə yığmasına da dəvət alan futbolçu, “Lester Siti”də 99 oyuna çıxıb, 21 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: