“Leypsiq” 22 yaşlı belçikalı sağ cinah hücumçusu Yohan Bakayokonu PSV-dən tamhüquqlu əsasda “buğalar”n heyətinə qatıb.
Arena.az bu barədə “Leypsiq”in mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Keçid “buğalar”a 18 milyon avro məbləğ müqabilində başa gəlib.
Yohan Bakayoko PSV-nin məzunudur. Geridə qalmış 2024/2025-ci illər mövsümündə belçikalı hücumçu PSV üçün 46 oyuna 12 qol və 12 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Bakayokonun PSV üçün çıxışının ümumi mənzərəsi isə 131 oyun, 33 qol və 22 məhsuldar ötürmədən ibarətdir.
Yohan Bakayoko 2023-cü ilin mart ayında debüt etdiyi Belçika yığmasının heyətində 18 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə verirb.
Bakayokonun qənimətlər muzeyində PSV ilə hər biri iki dəfə olmaqla qazandığı Niderland çempionluğu, kuboku və superkuboku var.
“Transfermarkt” internet-portalı 22 yaşlı belçikalı sağ cinah hücumçusunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.
Yeri gəlmişkən, PSV Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubunun hücumçusu Alassan Pleanı transfer edib. 32 yaşlı fransalı Eyndhoven təmsilçisi ilə müddəti 2028-ci ilə qədər nəzərdə tutulmuş müqavilə imzalayıb. Bu keçid PSV-yə 3 milyon avroya başa gəlib.
Plea ötən mövsüm Almaniya Bundesliqası və kubokunda 32 matçda 12 qol vurub və 5 məhsuldar ötürmə edib.



