“Lids” 12 milyon avroya yeni müdafiəçi transfer etdi

İngiltərənin “Lids” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Avstriyanın “Zalsburq” klubunun müdafiəçisi Maksimilan Vöberi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Avstriyadan olan 24 yaşlı mərkəz müdafiəçisi ilə 4 illik müqavilə imzlanıb. “Lids” bu transfer üçün “Zalsburq”a 12 milyon avro ödəyib. Vöber yeni komandasında 39 nömrəli formanı geyinəcək.

Maksimilan Vöber Avstriyanın “Rapid” (Vyana) klubunun yetirməsidir. O, peşəkar karyerasına da bu komandada başlayıb. “Ayaks” və “Sevilya”da da oynamış müdafiəçi 2019-cu ildən “Zalsburq”un uğurları üçün çalışırdı. O, bu komandada 125 oyun keçirib, 9 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçi Avstriya yığmasında da 13 oyuna çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: