“Mançester Yunayted”in isveçli mərkəz müdafiəçisi Viktor Lindelöfün həyat yoldaşı Mayya Nilsson bildirib ki, ailəsi yaşadığı evdən çıxarılır.
Arena.az məlumat verir ki, xanım Nilsson ailənin yaşadığı bu hadisəni ağlayaraq, əsəb içində özünün sosial şəbəkə hesabları üzərindən paylaşıb.
Qadın ailəsinin Mançesterdəki daimi yaşayış yerini dəyişmək məcburiyyətində qaldığını bildirib:
“Biz köçməliyik. Mən çox təəssüf edirəm. Bizim yaşadığımız evin sahibləri üç həftə əvvəl bizə bildiriblər ki, onlar evə qayıdırlar. Onlar dedilər ki, köçmək üçün bizim beş həftə vaxtımız var. Mənim bundan sonrakı həftəm əsəb, təlaş və göz yaşlarından ibarət oldu. Sonra elə bir məqam gəldi ki, biz yaşamaq üçün yeni yer tapmalı olduğumuz amilini qəbul etməli olduq. Əlbəttə, sahibi ilə qüvvədə olan müqaviləmiz vardı, amma bu müqavilədə onun üçün faydalı olan boşluq tapıldı. İndi biz əşyalarımızı yığırıq”, – xanım Nilsson yazıb.
Hadisə ictimailəşsə də, “Mançester Yunayted” futbolçusunun düşüdüyü vəziyyətə hələ münasibət bildirməyib.


