Lion “Olimpik”i 3 xalı 3 qolla qazandı

Futbol üzrə Fransa çempionatında 26-cı tura start verilib.

Arena.az xəbər verir ki, açılış matçında Lion “Olimpik”i səfərdə “Brest”in qonağı olub.

Beş qolun qeydə alındığı matçda qonaqlar çətin qələbəyə seviniblər.

Fransa Liqa 1
26-cı tur
19 fevral

Brest – Olimpik (Lion) 2:3
Qol: Şarbonne, 53. Kardona, 74 – Paketa, 9. Auar, 29. Depay, 44-pen.

20 fevral

16:00 Sent-Etyen – Reyms
20:00 Nant – Olimpik (Marsel)

21 fevral

16:00 Monpelye – Renn
18:00 Lans – Dijon
18:00 Nitsa – Mets
18:00 Nim – Bordo
18:00 Strasburq – Anje
20:00 Loryan – Lill
00:00 PSJ – Monako