Lion “Olimpik”i demək olar, bütün oyunçularını satışa çıxardı

Fransa Liqa 1 təmsilçisi Lion “Olimpik”i demək olar ki, əsas komandanın bütün futbolçularını transferə çıxarıb.

Arena.az “Ekip” nəşrinə istinadən məlumat verir ki, bunun səbəbi Lion klubunun qarşılaşdığı maliyyə ədaləti tələbləridir.

Mənbənin məlumatına görə, Fransa klublarının maliyyə məsələlərinə nəzarət edən qurum yay transfer pəncərəsinin sonuna qədər futbolçuların satışından ən azı 100 milyon avro məbləğ əldə etmək şərti ilə “Olimpik”i akkreditasiya edib. Bu günə qədər Lion təmsilçisi 24 milyon avro məbləğində oyunçu satıb.

Vurğulanır ki, “Olimpik” futbolçu satışından tələb edilən məbləği toplaya bilməsə, yarış cədvəlində xal cəriməsi ilə üzləşə bilər.
Fransa çempionatının son mövsümünün yekunu üzrə Lion “Olimpik”i 53 xal toplayaraq yarış cədvəlini 6-cı pillədə başa vurub. Fransa Liqa 1-in cari mövsümünün 1-ci turunda isə “Olimpik” səfərdə “Renn”ə 0:3 hesabı ilə məğlub olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: