Lion “Olimpik”indən Loryan darmadağını

Futbol üzrə Fransa çempionatında 27-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında “Loryan” doğma meydanda Lion “Olimpik”i ilə üz-üzə gəlib. Məhsuldar alınan qarşılaşmada qonaqlar darmadağınla qalib gəliblər.

PSJ bu turda “Nitsa”nın qonağı olacaq. Maraqlıdır ki, Paris klubu bu mövsüm iki dəfə qarşılaşdığı “qartallar”i məğlub edə bilməyib. Hətta bu oyunlardan birində “Nitsa” paytaxt komandasını kubokda mübarizədən kənarlaşdırmağı bacarıb.

Fransa Liqa 1
27-ci tur
4 mart

Loryan – Olimpik (Lion) 1:4
Qol: Moffi, 57 – Fevr, 5; 78. Dembele, 26. Ekambi, 59.

5 mart

20:00 Lans – Brest
00:00 Nitsa – PSJ

6 mart

16:00 Sent-Etyen – Mets
18:00 Bordo – Trua
18:00 Nant – Monpelye
18:00 Reyms – Strasburq
18:00 Renn – Anje
20:05 Lill – Klermon
23:45 Olimpik (Marsel) – Monako

Xəbəri sosial şəbəkələrdə paylaş: