Lion “Olimpik”inin yeni baş məşqçisi bəlli oldu

Fransanın “Olimpik” (Lion) klubunun yeni baş məşqçisi müəyyənləşib.

Arena.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Peter Boş çalışdıracaq.

Bu barədə Liqa 1 klubunun rəsmi saytı məlumat yayıb. 57 yaşlı mütəxəssislə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

Boşun sonuncu iş yeri Almaniyanın “Bayer” komandası olub. O, Bundesliqa klubundan bu ilin mart ayında istefaya göndərilmişdi. 2018-ci ilin dekabrından Leverkuzen klubunu çalışdıran macarıstanlı mütəxəssis, “Borussiya” (Dortmund), “Ayaks”, “Makkabi” (Təl-Əviv), “Vitess” kimi komandalarda da baş məşqçi olub.

Peter Boş Lion “Olimpik”ində bir neçə gün öncə istefaya göndərilmiş Rudi Qarsiyanı əvəz edib. Onun çalışdırdığı komanda Liqa 1-də geridə qalan mövsümü 4-cü pillədə başa vurub və Avropa Liqasında oynamaq hüququ qazanıb.