Lionel Messi DÇ-2026-dan sonra “İnter Mayami”yə qayıtdı

Argentina millisinin kapitanı və “İnter Mayami”nin ulduz futbolçusu Lionel Messi məzuniyyətini başa vuraraq klubun düşərgəsinə qayıdıb.

Arena.az bu barədə ABŞ təmsilçisinin mətbuat xidmətinə istinadən məlumat verir.

Klub sosial şəbəkə hesablarında məşq bazasına gələn futbolçuların fotolarını paylaşaraq, Messinin dönüşünü xüsusi qeyd edib.

“Bugünkü gəliş tam fərqli hiss olunur”, – deyə “İnter Mayami” paylaşımında yazıb.

39 yaşlı hücumçu üçün bu, 2026-cı il dünya çempionatından sonra klubun düşərgəsində ilk görünüş olub.

Xatırladaq ki, Argentina millisi DÇ-2026-da finala qədər irəliləmiş, həlledici qarşılaşmada İspaniyaya əlavə vaxtda 0:1 hesabı ilə məğlub olaraq gümüş medallarla kifayətlənmişdi.

Turnirdən sonra Lionel Messi vətənində istirahət edirdi. O, bu müddətdə doğma Rosario şəhərində oğlu Mateo ilə birlikdə yerli “Leones” və “Sentral Kordova” komandaları arasında keçirilən Primera C matçını izləyərək azarkeşlərin böyük marağına səbəb olmuşdu.

İndi isə təcrübəli futbolçu yeni mövsümün hazırlıqlarına başlamaq üçün “İnter Mayami”nin məşqlərinə qoşulub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: