Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 29-cu turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
Altı qolun qeydə alındığı “Sent Etyen” – “Brest” matçında qalib müəyyənləşməyib. “Havr” – “Renn” matçında da qapılara altı qol vurulub. Amma bu görüş qonaqların möhtəşəm qələbəsiylə yekunlaşıb. “Oser”in qonağı olan Lion “Olimpik”i də turu inamlı qələbə ilə başa vurub. “Anje” isə doğma meydanda “Monpelye”ni 2 cavabsız qolla məğlub edib.
Beləliklə, gerdiə qalmış 29 turdan sonra 74 xala malik, çempionluğu təmin etmiş PSJ vahid liderdir. “Monako” 53 xalla ikinci, Marsel “Olimpik”i 52 xalla üçüncü pillədə qərarlaşıb. Lion “Olimpik”i 51, “Lill” və “Strasburq” 50, “Nitsa” 48, “Brest” 44, “Lans” 42 xal toplayıb.
Fransa, Liqa 1
29-cu tur
11 aprel
Lans – Reyms 0:2
Qollar: Nakamura, 33; 88.
12 aprel
Monako – Olimpik (Marsel) 3:0
Qollar: Minamino, 34. Embolo, 58. Zakariya, 82-pen.
Tuluza – Lill 1:2
Qollar: Kressuel, 42 – Pardo, 21. Bakker, 45+4.
Strasbuq – Nitsa 2:2
Qollar: Emeqa, 51. Ameyav, 54 – Bard, 38. Ndayişimiye, 90+4.
13 aprel
Sent Etyen – Brest 3:3
Qollar: Stassin, 16. Kardona, 34; 80 – Ayork, 6; 37. Sima, 25.
Anje – Monpelye 2:0
Qollar: Lepaul, 2; 43.
Havr – Renn 1:5
Qollar: Mvanqa, 42 – Matusiva, 1. Assinyon, 12. Kalimuendo, 15. Tamari, 57. K.Qomes, 89.
Oser – Olimpik (Lion) 1:3
Qollar: Sinayoko, 77 – Mikautadze, 54-pen. Şerki, 62. Lakazette, 84.


