Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 27-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Strasburq” doğma meydanda Lion “Olimpik”i ilə üz-üzə gəlib. Altı qolun qeydə alındığı oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.
27-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Fransa, Liqa 1
27-ci tur
28 mart
Strasburq – Olimpik (Lion) 4:2
Qollar: A.Santos, 5. Bakva, 60. Emeqa, 73. Amo-Ameyav, 89 – Tolisso, 62. Mikautadze, 90+7-pen.
29 mart
20:00. Reyms – Olimpik (Marsel)
22:00. Sent Etyen – PSJ
00:05. Monako – Nitsa
30 mart
17:00. Tuluza – Brest
19:15. Anje – Renn
19:15. Oser – Monpelye
19:15. Havr Nant
22:45. Lill – Lans


