Liqa 1: Marsel “Olimpik”indən inamlı qələbə

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 31-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.

“Brest” – “Nant” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Səfərdə “Anje” ilə qarşılaşan son çempion “Lill” turu xal itkisi ilə başa vurub. Lion “Olimpik”i isə “Strasburq”la matçdan xal itkisi ilə ayrılıb.

“Monako” “Trua”nı, “Bordo” “Mets”i, “Lans” isə “Nitsa”nı məğlub yola salıb. Turun qapanış matçında ikinci pillədə qərarlaşmış Marsel “Olimpik”i doğma meydanda “Monpelye”ni sınağa çəkib. Marsellilər bu oyunda inamlı qələbəyə seviniblər.

Fransa Liqa 1
31-ci tur

8 aprel

Loryan – Sent-Etyen 6:2
Qol: Moffi, 42; 86. Kone, 45+1; 65. Le Fee, 61. Buasqar, 89 – Bouanqa, 4. Nordin, 22.

9 aprel

Reyms – Renn 2:3
Qol: Busi, 60. Kayuste, 81-pen – Buriqe, 39; 43. Terrye, 58.

Klermon – PSJ 1:6
Qol: Dossou, 42 – Neymar, 6; 71; 83. Mbappe, 19; 74; 80.

10 aprel

Bordo – Mets 3:1
Qol: Manqas, 52. Nyanq, 68. Hvanq, 88 – Lamkel, 21.

Anje – Lill 1:1
Qol: Djalo, 64-öz qapısına – Jeqrova, 74.

Brest – Nant 1:1
Qol: Şardonne, 67 – Muani, 10.

Monako – Trua 2:1
Qol: Enrike, 19. Volland, 57 – Uqbo, 39.

Lans – Nitsa 3:0
Qol: Kalimuendo, 51; 67. Dukure, 55.

Strasburq – Olimpik (Lion) 1:1
Qol: Sissoko, 20 – Ekambi, 90.

Olimpik (Marsel) – Monpelye 2:0
Qol: Dienq, 9. C.Ündər, 19-pen.

Xəbəri sosial şəbəkələrdə paylaş: