Futbol üzrə Fransa çempionatında (Liqa 1) 35-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
Dörd qolun qeydə alındığı “Monpelye” – “Mets” matçında qalib müəyyənləşməyib. Səfərdə “Trua” ilə qarşılaşan “Lill” bu dəfə darmadağına üzülüb.
“Brest” “Klermon”u, “Monako” isə “Anje”ni məğlub yola salıb. “Loryan” evdə “Reyms”ə, “Bordo” da “Nitsa”ya məğlub olub.
Turun maraqla gözlənilən oyunlarından biri Marsel və Lion “Olimpik”ləri arasında olub. Bu oyunda qonaqlar darmadağına seviniblər.
Xatırladaq ki, ötən tur çempionluğunu təmin edən PSJ bu turda səfərdə “Strabsburq”la qarşılaşıb. Paris təmsilçisi məhsuldar keçən bu oyundan 1 xalla ayrılıb.
Fransa Liqa 1
35-ci tur
29 aprel
Strasburq – PSJ 3:3
Qol: Qameyro, 3. Verratti, 75-öz qapısına. Kasi, 90+1 – Mbappe, 23; 68. Hakimi, 64.
30 aprel
Lans – Nant 2:2
Qol: D.Kosta, 67. Kalimuendo, 81 – Simon, 8; 32.
Renn – Sent-Etyen 2:0
Qol: Mayer, 41; 84.
1 may
Trua – Lill 3:0
Qol: Tardeu, 43-pen; 86-pen. Uqbo, 55-pen.
Brest – Klermon 2:0
Qol: Brassye, 60. Munye, 62.
Loryan – Reyms 1:2
Qol: Moffi, 32 – Zeneli, 17. Ture, 59.
Monako – Anje 2:0
Qol: Bamba, 42-öz qapısına. Ben Yedder, 61.
Monpelye – Mets 2:2
Qol: Souke, 80. Vahi, 90+1 – Delayne, 24. Mafuta, 70.
Bordo – Nitsa 0:1
Qol: Delor, 74.
Olimpik (Marsel) – Olimpik (Lion) 0:3
Qol: Lukeba, 55. Dembele, 76. Ekambi, 88.


