Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 28-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Brest” doğma meydanda “Monako”ya, Lion “Olimpik”i isə “Lill”ə oxşar hesabla (2:1) qalib gəlib.
Bu gün həm də Liqa 1-də 2024/2025-ci illər mövsümünün qalibi müəyyənləşib. Belə ki, PSJ sona 7 tur qalmış çempionluq titulunu rəsmiləşdirib. Paris klubu 28-ci turda öz meydanında “Anje”yə 1:0 hesabı ilə qalib gəlib. Keçirdiyi oyunlarda 23 qələbə qazanıb, 5 dəfə heç-heçəyə oynayan komanda məğlub olmayıb. PSJ tarixində 13-cü dəfə Fransa çempionu titulunu qazanıb. Parislilər ardıcıl 4-cü dəfə bu uğura nail olublar.
Qeyd edək ki, 28-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Fransa, Liqa 1
28-ci tur
4 aprel
Nitsa – Nant 1:2
Qollar: Abdi, 14 – D.Auqusto, 11. Abline, 38.
5 aprel
PSJ – Anje 1:0
Qol: Due, 55.
Brest – Monako 2:1
Qollar: Kön, 42-öz qapısına. M.Kamara, 90+4 – D.Zakariya, 63-pen.
Olimpik (Lion) – Lill 2:1
Qollar: Lakazette, 38-pen. Şerki, 70 – Diakite, 1.
6 aprel
17:00. Lans – Sent Etyen
19:15. Monpelye – Havr
19:15. Reyms – Strasburq
19:15. Renn – Oser
22:45. Olimpik (Marsel) – Tuluza



