Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 33-cü turun oyunları keçirilib. Arena.az xəbər verir ki, turun bütün oyunları eyni gündə baş tutub.
Lider PSJ bu turda “Anje”nin qonağı olub və darmadağına sevinib. Paris təmsilçisi bu tur çempionluğunu da rəsmiləşdirə bilərdi. Amma bunun üçün ikinci pillədə qərarlaşan Marsel “Olimpik”inin də xal itirməsi lazım idi. Lakin sözügedən komanda “Nant”la qarşılaşmadan qalib ayrılıb və PSJ-nin də erkən çempionluq arzusunu əngəlləyib.
Cari mövsümün uğurlu komandalarından olan “Renn” “Strasburq”la üz-üzə gəlib və məğlubiyyətə üzülüb. Lion “Olimpik”i isə “Brest”ə uduzub. Son çempion “Lill” də “Reyms”lə səfər oyunundan məğlubiyyətlə ayrılıb.
Dörd qolun qeydə alındığı “Bordo” – “Sent-Etyen” matçında qalib müəyyənləşməyib. “Loryan” “Mets”i, “Monako” isə “Nitsa”nı minimal hesabla üstələyib. “Lans” da “Monpelye”ni 2 cavabsız qolla üstələyib. “Trua” isə evdə “Klermon”a uduzub.
Fransa Liqa 1
33-cü tur
20 aprel
Bordo – Sent-Etyen 2:2
Qol: Mara, 16. Onana, 23 – Bouanqa, 33. Nordin, 65.
Loryan – Mets 1:0
Qol: Outtara, 90+4.
Monako – Nitsa 1:0
Qol: Qolovin, 45+1.
Reyms – Lill 2:1
Qol: Munetsi, 32. Abdelhamed, 90+1 – Sançes, 57.
Trua – Klermon 0:1
Qol: Bayo, 88.
Anje – PSJ 0:3
Qol: Mbappe, 28. S.Ramos, 45+1. Markinyos, 77.
Brest – Olimpik (Lion) 2:1
Qol: Munye, 27. Kardona, 74 – Dembele, 72.
Lans – Monpelye 2:0
Qol: D.Kosta, 37. Qanaqo, 75.
Olimpik (Marsel) – Nant 3:2
Qol: Payet, 39; 55-pen. Harit, 75 – Jirotto, 26. Koko, 41.
Strasburq – Renn 2:1
Qol: Diallo, 4. Ayorke, 77 – Terye, 54.


