“Liverpul” “Mançester Siti”yə məxsus rekordu qırdı

“Liverpul” Premyer Liqanın 31-ci turunda “Şeffild Yunayted”ə qarşı oyunda topa sahibolma göstəricisinə görə tarixi rekorda imza atıb.

Arena.az xəbər verir ki, hesablamanı “Opta” idman analitikası şirkəti aparıb.

2003/2004 mövsümündən bəri hesablama aparan şirkətin verilənlərinə əsasən, “Enfild”də baş tutmuş bu oyunda “qırmızılar”ın topa sahibliyi 83,1 % təşkil edib ki, bu da bütün zamanların ən yüksək göstəricisidir.

Xəbərdə bildirilir ki, öncəki rekord buna 2018-ci ildə nail olmuş “Mançester Siti”yə məxsus idi. Beş il öncə “şəhərlilər” “Suonsi Siti” ilə oyunda 82,9 % topa sahibolma göstəricisinə malik olublar. Digər üç yüksək göstərici də Yürgen Klopun “Liverpul”u və Xosep Qvardiolanın “Mançester Siti”sinin rəqiblərinə qarşı oyunlarında qeydə alınıb.

Xatırladaq ki, “Liverpul” – “Şeffild Yunayted” matçı Mersisayd təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb – 3:1. Bu qələbədən sonra “qırmızılar” turnir cədvəlindəki liderliyini bərpa edib. Yurgen Klopun komandası 30 oyuna 70 xal toplayıb. Liderin əsas izləyicisi “Arsenal”ın 68, 3-cü pillədə qərarlaşmış son çempion “Mançester Siti”nin isə 67 xalı var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: