“Liverpul”un sahibləri “Bordo”nu almaqdan imtina etdilər

İngiltərə nəhəngi “Liverpul”un da sahibi olan amerikan şirkəti “Fenway Sports Group” Fransa klubu “Bordo”nu almaq fikrindən daşınıb.

Arena.az bu barədə “Bordo”nun mətbuat xidmətinə istinadən məlumat verir:

“Fenway Sports Group” “Bordo” və onun səhmdarını klubu almaq üçün danışıqlardan çıxmaq istəyi barədə məlumatlandırıb. Bu qərar xüsusilə stadionun mütləq xərcləri, eləcə də Fransa futbolunun ümumi iqtisadi məzmunu ilə izah edilir. “Bordo” və Jerar Lopes (“Bordo”nun sahibi – redaktorun qeydi) kluba göstərdikləri marağa görə “Fenway Sports Group”a təşəkkür edirlər. Klub indi apellyasiya dinləməsi keçirmək üçün 2024/2025-cü illər mövsümünə maliyyə planını yekunlaşdırmaq məqsədilə bütün səylərini göstərir”, – “Bordo”nun müvafiq bəyanatında deyilir.

Vurğulanır ki, “Fenway Sports Group”un klubu almaq marağı ilə Avropanın böyük futbol səhnəsinə qayıdacaqları haqda xəyallar quran “jirondistlər”in azarkeşləri indi məyusluğa qərq olublar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: