“Liverul” 3 il idi belə aqibətlə üzləşmirdi

Avropa Liqasının 1/4 finalının ilk oyununda evdə “Atalnata”ya 0:3 hesabı ilə məğlub olmuş “Liverpul” xoşagəlməz statistikaya imza atıb.

Arena.az məlumat verir ki, “Liverpul” son 3 il ərzində ilk dəfə olaraq evdə 3 top fərqi ilə məğlubiyyət acısı yaşamış olub.

Sonuncu dəfə “Liverpul” 2021-ci ilin fevralında öz meydanında 3 qolla məğlub olmuşdu. Bu, İngiltərə Premyer Liqasının 2020/2021 mövsümünün 23-cü turunun “Mançester Siti” ilə oyununda baş vermişdi – 1:4.

Mersisaydlılar evdə ən böyükhesablı məğlubiyyətini 1930-cu ildə İngiltərə çempionatında “Sanderlend”dən alıblar – 0:6.

Vurğulayaq ki, 2020/2021-ci illər mövsümü Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində baş tutmuş “Liverpul” – “Atalanta” oyunu da İtaliya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.

İngiltərə təmsilçisi həm də 14 ay sonra “Enfild” stadionunda məğlub olub. Bununla da “mersisaydlılar”ın 1 il 2 aylıq məğlubiyyətsizlik seriyasına son qoyulub. Sözügedən komanda buna qədər ardıcıl 34 oyunda məğlub olmamışdı. Kloppun yetirmələri sonuncu dəfə UEFA Çempionlar Liqasının 1/8 final mərəhləsində “Real”a uduzmuşdu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: