Fransanın “Renn” komandasının sağ cinah müdafiəçisi Lorents Assinyon bundan sonra “Ştutqart”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Ştutqart təmsilçisi müdafiəçi ilə müddti 2029-cu ilə qədər nəzərdə tutulmuş müqavilə bağlayıb. Bundesliqa təmsilçisi bu transfer üçün 12 milyon avro ödəyib.
Lorents Assinyon “Renn” klubunun öz yetirməsidir. O, “Bastiya” və “Börnli” kimi klublarda icarədə də çıxış edib. Müdafiəçi 2024/2025-ci illər mövsümündə “Renn”in heyətində 34 matça çıxıb, 3 qola, 4 məhsuldar ötürməyə imza atıb. Assinyonun “Renn” karyerası bütövlükdə 98 oyun, 7 qol və 11 məhsuldar ötürmədən ibarətdir.



