Lorentso İnsinye “Toronto”dan ayrıldı

34 yaşlı italyan veteran sol cinah hücumçusu Lorentso İnsinye MLS klubu “Toronto”dan ayrılaraq azad agentə çevrilib.

Arena.az bu barədə “Toronto”nun mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər qarşılıqlı razılıq əsasında yollarını ayırıblar.

İnsinye ilk növbədə istirahət etmək, ardınca isə yeni çağırışlara hazır olmaq niyyətində olduğunu, əsas məqsədinin isə İtaliya yığmasına qayıtmaq olduğunu bildirib:

“Mən özümü yaxşı hiss edirəm, ailəmlə məzuniyyətdən zövq almaq istəyirəm, oyuna mümkün qədər tez qayıtmağa ümidliyəm. Mənim agentim bütün danışıqlarla məşğuldur, mən ancaq öz işimi görürəm və harasa çağırsalar, buna hazır olmağa çalışıram.

İtaliya yığmasına qayıdış? Bu, lap dəqiqliklə əsas məqsədlərimdən biridir. Bu köynəyi çoxdan geymirəm, ümidvaram ki, tezliklə qayıdacağam, amma indi yeni macəra haqda düşünüəm. Hal-hazırda üstünlüyü milli yığma komandaya qayıtmağa verirəm”, – ”Sky Italia” dərgisi İnsinyedən sitat gətirir.

Lorentso İnsinye “Napoli”nin məzunudur. Hücumçu, karyerası ərzində “Kaveze”, “Foca”, “Peskara” və “Toronto”da oynayıb.

2024/2025-ci illər mövsümündə İnsiye “Toronto” üçün 13 oyun keçirib, 1 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Lorentso İnsinye 2012-ci ilin sentyabr ayında debüt etdiyi İtaliya yığmasının heyətində 54 oyun keçirib, 4 qol vurub və 4 məhsudlar ötürmə verib.

Lorentso İnsinyenin qənimətlər muzeyində “Napoli” ilə qazandığı İtaiya Kuboku (2 dəfə) və İtaliya Super Kuboku, həçminin “skuadra adzurra” ilə qazandığı 2020-ci il Avropma Çempionatı (AÇ-2020) var.

“Transfermarkt” internet-portalı 34 yaşlı italyan veteran sol cinah hücumçusunun transfer dəyərini 1,80 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: