Almaniya yığmasının keçmiş müdafiəçisi Lotar Matteus, Fransa yığması ilə oyundan (2:0) sonra bundestimin cari vəziyyətindən danışıb.
Arena.az “Sky Germany” portalına istinadən məlumat verir ki, Matteus Almaniya yığmasının baş məşqçisi, alman mütəxəssis Yulian Nagelsmanın əməyini də yüksək qiymətləndirib:
“Komanda düzgün yoldadır və gənc, təcrübəli, sürətli və ağıllı oyunçuların vəhdəti də düzgündür. Keyfiyyət yüksəkdir və futbolçularda Avropa çempionu olmaq üçün lazım olan hər şey var. Ancaq bu oyun yalnız başlanğıc idi. Ən əsası odur ki, Nagelsman bu oyunçuları nəinki yaxşı vuran, həm də mütəşəkkil olan vahid topluya çevirib. Məhz buna görə də o, onları seçib”, deyə Lotar Matteus vurğulayıb.
Xatırladaq ki, Yulian Nagelman 2023-cü ilin sentyabrında Almaniya yığmasının sükanı arxasına gətirilib. Alman mütəxəssisin bundestimlə müqaviləsi qarşıdakı Avropa çempionatının sonuna qədər qüvvədədir.
Vurğulayaq ki, Almaniya yığması mötəbər yarışın ev sahibidir. Avropa çempionatı 14 İyun i 14 İyul aralığıda Almaniyanın 10 şəhərində təşkil olunacaq. Qitə birinciliyinin oyunlarını paytaxt Berlin, Köln, Dortmund, Düsseldorf, Frankfurt, Gelzenkirxen, Hamburq, Leypsiq, Münhen və Ştutqart şəhərləri qəbul edəcək.