Lotar Matteus “Bayer”in transfer bazarındakı işini qiymətləndirdi

“Bayern”in keçmiş yarımmüdafiəçisi Lotar Matteus Almaniya Bundesliqasının cari çempionu Leverkuzen “Bayer”inin heyəti haqda söhbət açıb.

Arena.az “Sky Sport Germany” dərgisinə istinadən məlumat verir ki, Matteus söhbətində “əczaçılar”ın rəhbərliyinin və məşqçi qərargahının əməyini yüksək qiymətləndirib:

“Keçmişdə əsas oyunçular vaxtaşırı klubu tərk etmiş, onlar Paulo Serjio, Lusio və Ze Roberto kimi oyunçularını “Bayern”ə əldən vermişdilər. İndi onlar Conatan Ta ətrafındakı vəziyyətin öhdəsindən mükəmməl surətdə gəlirlər. Simon Rolfes tələbə deyil və onun Conatan Ta ilə bağlı açıqlamaları rəqiblərinə kiçik bir hücumdur. Leverkuzen klubu transferlərini tamamladı, komanda bir arada qaldı və bu, şübhəsiz ki, Xabi Alonso ilə bağlıdır.

Klubun məşqçisi və rəhbərliyi son iki ildə gözlənilməz iş görüb. Florian Virtsi heyətdə saxladılar, Alexandro Qrimaldonu ödənişsiz keçidlə heyətə gətirdilər və nisbətən az pul müqabilində Viktor Bonifaseni imzaladırlar.

Keçən il olduğu kimi, “Bayer” rəqibləri üzərində kiçik bir üstünlüyə malikdir. Bununla belə, yeni mövsüm xiyabanda gəzinti olmayacaq, çünki bura Çempionlar Liqası da əlavə edilib, “Bayern” isə ötən mövsüm itirdiklərini təzmin etməyə çalışır”, deyə Lotar Matteus vurğulayıb.

Xatırladaq ki, ötən mövsüm “Bayer” Bundesliqada bir oyunda belə, məğlub olmadan tarixində ilk Almaniya çempionluğunu qazanmışdı. Almaniya nəhəngi “Bayern” isə son illər ərzində ən bərbad mövsümünü keçirərək, Bundesliqanı 3-cü yerdə bürünc medalla başa vurmuşdu.

Almaniya Bundesliqasında 2024/2025 mövsümündə avqustun 23-də keçiriləcək “Borussiya” (Mönhenqladbax) – “Bayer” matçı ilə start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: