Alman futbolunun əfsanələrindən biri Lotar Matteus Almaniya nəhəngi “Bayern”in sabit çıxışına mane olan fəsadı haqda söhbət açıb.
Arena.az “Sky Sport Germany” dərgisinə istinadən, Matteusun bu barədə fikrini təqdim edir:
“Müdafiə “Bayern” üçün “Axill dabanı” olub və belə olaraq da qalır. Klub Matteys de Liqtdən imtina etdikdən sonra rəhbərlik yenidən David Alabanın xələfini axtarmağa başlayıb. Mənə görə bu aparıcının yoxluğu bir ittihamdır. Aparıcı özünü aydın təsəvvür etməli və komanda tərəfindən tanınmalıdır. Klubun böyük planları var, işlər isə keçən mövsüm qaldıqları yerdən davam edir”, deyə Lotar Matteus vurğulayıb.
Xatırladaq ki, “Bayern” Almaniya Bundesliqasının yeni mövsümünə “Volfsburq” üzərində 3:2 hesablı səfər qələbəsi ilə başlayıb.
Ötən 2023/2024-cü illər mövsümünü isə Almaniya nəhəngi “Bayer” və “Ştutqart”dan sonra 3-cü yerdə, bürünc medalla tamamlayıb. Buna rəğmən, Münhen klubu cari mövsümdə UEFA Çempionlar Liqasında iştirakını təmin edə bilib. Geridə qalmış mövsümdə “Bayern”i ən çox təcəssüm etdirən xoşagəlməz xüsusda Almaniya nəhənginin hədsiz qeyri-sabit çıxışı olub.


