Luis Enrike “İnter”də – Rəsmi

Fransanın “Olimpik” (Marsel) klubunun sağ vingeri Luis Enrike bundan sonra Milan “İnter”inin uğurları üçün çalışacaq.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

“İnter” bu transferi 23 milyon avroya rəsmiləşdirib. 23 yaşlı oyunçu ilə 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.

Qeyd edək ki, Luis Enrike Braziliyanın “Tres Passos” klubunun yetirməsidir. Sonradan “Botafoqo”da oynamış 23 yaşlı vinger 2020-ci ilin sentyabrında 8 milyon avro müqabilində “Olimpik”ə keçmişdi. O, 2024/2025 mövsümündə Marsel klubunun heyətində bütün turnirlər çərçivəsində 35 oyun keçirib, 9 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliyalı vinger Fransa klubunun heyətində bütövlükdə 108 oyuna çıxıb, 11 qol və 16 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: