Paraqvay milli komandasının və Dortmund “Borussiya”sının sabiq futbolçusu Lukas Barrios peşəkar futbolçu karyerasını bitirib.
Arena.az xəbər verir ki, bu barədə 40 yaşlı hücumçu özü açıqlama verib.
Lukas Barriosun sonuncu iş yeri Paraqvayın “Sportivo Lukenyo” klubu olub. O, 2023-cü ilin iyul ayından formasını geyindiyi bu klubun formasında 31 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə verib.
40 yaşlı Lukas Barrios peşəkar karyerası ərzində çoxlu klubun formasını geyinib. Onun şərəfini qoruduğu komandalarla ümumi statistikası belədir:
Borussiya (Dortmund) – 102 oyun (49 qol, 17 assist)
Kolo-Kolo – 56 oyun (31 qol, 10 assist)
Qremio – 45 oyun (18 qol, 3 assist)
Palmeyras – 44 oyun (13 qol, 3 assist)
Monpelye – 33 oyun (11 qol, 3 assist)
Quançjou – 32 oyun (13 qol, 7 assist)
Hurakan – 25 oyun (4 qol, 1 assist)
Spartak (Moskva) – 20 oyun (2 qol, 2 assist)
Trinidense – 19 oyun (4 qol, 1 assist)
Argentinos Xuniors – 17 oyun (4 qol, 1 assist)
Ximnasiya – 16 oyun (3 qol, 1 assist)
Patronato – 14 oyun (3 qol)
Atlas – 14 oyun (1 qol)
Tiro Federal – 12 oyun (1 qol)
Kobreloa – 9 oyun (5 qol, 1 assist)
Deportes Temuko – 3 oyun
Barrios Dortmund “Borussiya”sı ilə 2 dəfə Almaniya çempionu (2010/11, 2011/12) olub, 1 dəfə Almaniya Kubokunu (2011/12) qazanıb.
Lukas Barrios 2010-cu ilin may ayında debüt etdiyi Meksika yığmasının heyətində 36 oyuna çıxıb. Təcrübəli futbolçu bu oyunlarda 10 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.