Almaniyanın “Bavariya” klubunun müdafiəçisi Lukas Hernandes əməliyyat olunub. Arena.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
25 yaşlı futbolçunun sol dizindən uğurlu əməliyyat keçirdiyi diqqətə çatdırılıb. Onun yaşıl meydanlara bir neçə həftədən sonra dönəcəyi bildirilib.
Qeyd edək ki, Fransa yığmasının da üzvü olan Lukas Hernandes, Avropa çempionatı zamanı zədələnmişdi.
Fransız futbolçu 2019-cu ildən “Bavariya”nın uğurları üçün çalışır. O, bu komandanın heyətində indiyə qədər 62 oyun keçirib, 1 qola imza atıb. Fransa millisinin üzvü əvvəllər yalnız yetirməsi olduğu Madrid “Atletiko”sunda çıxış edib.


