Portuqaliyanın “Braqa” klubunun və Çexiya millisinin qapıçısı Lukaş Horniçek bundan sonra “Nyukasl”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Nyukasl” bu transfer üçün “Braqa”ya 30,6 milyon avro təzminat ödəyib. 24 yaşlı qolkiperlə 5 illik (2031-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Lukaş Horniçek 2019-cu ildən “Braqa”nın formasını geyinirdi. O, ötən mövsüm bütün turnirlər çərçivəsində Portuqaliya komandasının heyətində 55 matçda 51 qol buraxıb, 24 görüşdə qapısını toxunulmaz saxlayıb. Horniçekin “Braqa” karyerası bütövlükdə 88 oyun, 78 buraxılmış qol və 37 “quru” matçdan ibarətdir.
Horniçek Çexiyanın aşağı yaş qrupları üzrə bütün yığmalarında oynayıb. Bu ilə isə o, əsas millidə debüt edib və hələlik 1 oyuna çıxıb. Horniçek Çexiya yığmasının dünya çempionatında (DÇ-2026) keçirdiyi hər üç matçı ehtiyat oyunçular skamyasından izləyib.



